Belçikada "Meymun çiçəyi" xəstəliyinə yoluxanların sayı 3 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Qeyd olunub ki, virusa yoluxmuş şəxslər təcrid edilib. Təcrid müddəti xəstəliyin gedişatından asılı olaraq 5 gündən 21 günədək davam edə bilər.
Xatırladaq ki, “Meymun çiçəyi” xəstəliyinin ilk əlamətləri qızdırma, başağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur. Adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir.
Daha öncə xəstəlik Böyük Britaniyadan başqa İspaniya, Portuqaliya, İtaliya, İsveç, Belçika, ABŞ, Kanada və Avstraliyada da aşkarlanıb.