İsveçin Baş naziri Magdalena Andersson Türkiyənin NATO ilə bağlı mövqeyinə münasibət bildirib.
Modern.az xəbər verir ki, İsveçin rəsmi informasiya agentliyi TT-yə açıqlama verən baş nazir danışıqların yaxşı getdiyini, ancaq prosesin bir qədər vaxt aparacağını söyləyib.
Türkiyə ilə danışıqları səbirsizliklə gözlədiyini qeyd edən Andersson PKK-nı terrorçular siyahısına ilk salan ölkələrdən biri olduqlarını iddia edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün İsveçin Baş naziri Maqdalena Andersson və Finlandiya Prezidenti Sauli Niinistö ilə telefon danışığı aparıb. Prezident Ərdoğan telefon danışığı zamanı Türkiyənin NATO-nun açıq qapı siyasətini hər zaman tam dəstəklədiyini bildirib və alyansdakı həmrəyliyin həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından mühüm dəyər olduğuna diqqət çəkib. Ərdoğan, həmçinin İsveçin terror təşkilatlarına siyasi, maliyyə və silah dəstəyinə son qoymasının lazım olduğunu vurğulayıb.