Modern.az

Çavuşoğlunun 2 ölkəyə səfər proqramı açıqlanıb

Çavuşoğlunun 2 ölkəyə səfər proqramı açıqlanıb

Dünya

23 May 2022, 17:54

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 24-də Fələstinə, mayın 25-də isə İsrailə səfər edəcək.

 

Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, XİN rəhbərinin qeyd edilən səfərlərinin proqramı açıqlanıb.

 

Çavuşoğlu Türkiyə və Fələstin xarici işlər nazirlərinin Müştərək Komitənin ikinci iclasına sədrlik etmək üçün mayın 24-də Fələstinə səfər edəcək.

 

Səfər çərçivəsində nazirin Fələstinin XİN rəhbəri Riyad Malki və Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla görüşləri nəzərdə tutulub.

 

Bundan əlavə, Çavuşoğlu mayın 25-də İsrailə də səfər edəcək. Səfər çərçivəsində israilli həmkarı Yair Lapid ilə ikitərəfli və nümayəndə heyətləri arası görüşlərdə regional və beynəlxalq məsələlər, eləcə Türkiyə - İsrail münasibətləri barədə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi