Rumıniyanın ərazi sularında Ukraynaya məxsus qəzaya uğramış pilotsuz uçuş aparatı tapılıb.
Modern.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
PUA-nın Rumıniyanın Sulina və Sfantu Corc şəhərləri arasında, sahildən təxminən iki dəniz mili aralıda tapıldığı qeyd olunub.
Məlumata görə, pilotsuz uçuş aparatının qalıqları Rumıniya Hərbi Dəniz Qüvvələrinin gəmisi tərəfindən götürülüb.
İlkin məlumatlara əsasən, Ukrayna Hərbi Dəniz Qüvvələrinin nişanı olan PUA-da silah və sursat olmayıb.
Akif İsmayılov