Yeni Zelandiya Müdafiə Qüvvələrinin 30 hərbçisi Böyük Britaniyaya gəlib.
Modern.az xəbər verir ki, bu barədə "Amerikanın səsi" məlumat yayıb.
Onlar burada Ukrayna ordusunun artilleriya qurğularından istifadə edən hərbçilərinə 105 mm çaplı L119 yüngül haubitsalardan istifadə etmək üçün təlim keçəcəklər.
Təlimatçıların iyulun sonuna qədər Böyük Britaniyada olacağı və burada 230 ukraynalı əsgərə təlim keçəcəyi bildirilir.
Akif İsmayılov