Modern.az

Rusiyanın İTKİLƏRİ - "Düşmən mövqelərini möhkəmləndirir"

Rusiyanın İTKİLƏRİ -

Dünya

24 May 2022, 09:32

Son 24 saat ərzində Donetsk və Luqansk istiqamətlərində Rusiya qoşunlarının 16 hücumu dəf edilib. 8 tank, 22 zirehli döyüş maşını və 1 düşmən maşını məhv edilib. Həmçinin Rusiya ordusunun 6 PUA-sı, 1 qanadlı raketi və 30 zirehli döyüş maşını sıradan çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

 

Rəsmi məlumata görə, Belarus ərazisindən Ukraynaya raket və hava zərbələrinin endirilməsi təhlükəsi daha da artıb. Ən ciddi aktivlik Donetsk əməliyyat zonasında müşahidə olunur.

 

Bildirilib ki, düşmən Xarkov istiqamətində bütün qüvvələrini mövqelərini gücləndirməyə yönəldib:

 

“İzyum şəhərinin cənub hissəsinə əlavə artilleriya bölmələri yerləşdirilib. Zaporejye istiqamətində qarşı tərəfin bölmələri yenidən qruplaşdırılır. Krivoy Roq və Nikolayev istiqamətlərində qarşı tərəf qoşunlarımızın mövqelərini artilleriyadan atəşə tutmağa davam edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi