Modern.az

Xarkov metrosunun fəaliyyəti bərpa olunub

Xarkov metrosunun fəaliyyəti bərpa olunub

Dünya

24 May 2022, 12:20

Müharibə başlayandan sığınacaq kimi istifadə edilən Xarkov metrosu fəaliyyətini bərpa edib.

 

Modern.az xəbər verir ki, bu barədə Xarkovun meri İqor Terexov "Telegram" kanalında məlumat verib.

 

Mer qeyd edib ki, Rusiyanın Ukraynaya hücumundan üç ay sonra metro bu gün səhər 07:00-dan işə salınıb:

 

“Son 89 gündə ilk dəfə olaraq Xarkov metrosunun qatarları hərəkətə başlayacaq. Metronun fəaliyyətini bərpa etdiyi ilk günlər qatarlar yarım saatlıq fasilələrlə hərəkət edəcək. Tədricən, sərnişinlərin sayının artması ilə interval azalacaq. İllk həftə metrodan istifadə pulsuz olacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi