Modern.az

Ötən il 579 nəfər edam olunub

Ötən il 579 nəfər edam olunub

Dünya

24 May 2022, 14:08

2021-ci ildə 18 ölkədə 579 nəfər edam olunub.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Amnesty International" təşkilatının hesabatında bildirilib.

 

Qeyd edilib ki, bu, 2020-ci illə müqayisədə 20 faiz artım deməkdir:

 

"2020-ci ildə 483 nəfər edam olunmuşdu".

 

Eyni zamanda bildirilib ki, 2021-ci ildə 56 ölkədə 2 052 edam hökmü verilib ki, bu da 2020-ci illə müqayisədə 40 faiz çoxdur.

 

Təşkilat bildirir ki, ötən il Qazaxıstan, Syerra-Leone, Papua-Yeni Qvineya, Malayziya, Mərkəzi Afrika Respublikası və Qanada ölüm cəzaları ləğv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi