Modern.az

Almaniya Rusiya kömüründən imtina edir

Almaniya Rusiya kömüründən imtina edir

Dünya

24 May 2022, 21:54

Almaniya Rusiya kömürünü Cənubi Afrikadan gələn tədarüklə əvəz etməyi planlaşdırır. 

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts məlumat verib.

 

Kansler qeyd edib ki, bu yayın sonunda Rusiya yanacağından tamamilə imtina ediləcək.

 

Avropa İttifaqı aprelin 8-də Rusiya kömürünə embarqo tətbiq etmək qərarına gəlib.

 

"Biz payıza qədər Rusiyadan kömür idxalını dayandırmaq niyyətindəyik və bunu Cənubi Afrika da daxil olmaqla, digər təchizatçılar sayəsində həyata keçirmək istəyirik", - deyə Şolts Cənubi Afrikanın Pretoriya şəhərində keçirdiyi brifinqdə bildirib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi