Tedros Adanom Qebreyesus yenidən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru seçilib.
Modern.az xəbər verir ki, o, daha 5 il bu vəzifədə qalacaq.
Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində Tedros Adanom Qebreyesus yenidən ÜST-nin Baş direktoru seçilib.
Qebreyesus 2017-ci ildə ÜST-nin Baş direktoru vəzifəsini icra edib. Bundan əvvəl o, 2012-2016-cı illərdə Efiopiyanın xarici işlər naziri olub.