Modern.az

“Azov” alayının əsir düşən komandiri ilk dəfə arvadına zəng etdi 

“Azov” alayının əsir düşən komandiri ilk dəfə arvadına zəng etdi 

Dünya

25 May 2022, 11:02

Mariupolda ruslara təslim olmuş “Azov alayı”nın komandiri Denis Prokopenko əsir alındıqdan sonra ilk dəfə həyat yoldaşı ilə əlaqə saxlayıb. O, ukraynalı müdafiəçilərin qənaətbəxş şəraitdə saxlanıldığını bildirib. Prokopenko onu da deyib ki, "Azov" hərbçiləri zorakılığa məruz qalmırlar.

 

Modern,az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

 

Prokopenko ilə həyat yoldaşı arasında telefon danışığı qısa olub. Arvadının dediyinə görə, ərinin zəng edən zaman sərbəst danışıb-danışmadığını müəyyənləşdirə bilməyib:

"O, özü ilə bağlı hər şeyin qaydasında olduğunu dedi və necə olduğumu soruşdu. Mən başqa mənbələrdən də eşitdim ki, şərait az-çox qənaətbəxşdir", - Yekaterina Prokopenko bildirib.

 

O qeyd edib ki, Mariupolun əsirlikdə olan müdafiəçilərinə yemək və su verilir. Və şərait tələblərə cavab verir, eyni zamanda, bu qısa müddət ərzində zorakılığa məruz qalmayıblar.

 

"Əlbəttə, bundan sonra nə olacağını bilmirik, lakin hazırda vəziyyətə nəzarət edən üçüncü tərəflər var - BMT və Qırmızı Xaç", - Yekaterina Prokopenko bildirib.

 

Yaralı Azov hərbçilərinin çoxu Rusiyanın işğalı altında olan Donetskin Olenovka kəndindəki həbsxanadadır. Müdafiəçilərin digər hissəsi Novoazovskdakı xəstəxanadadır. Prokopenkonun həyat yoldaşı vurğulayıb ki, onun məlumatına görə, hərbçilərdən heç biri Rusiya Federasiyasına aparılmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi