Modern.az

Təhlükəli asteroid Yerə yaxınlaşır

Təhlükəli asteroid Yerə yaxınlaşır

Dünya

25 May 2022, 12:30

Dünyanın ən hündür binası olan Bürc Xəlifədən iki dəfə böyük asteroid Yer kürəsinə doğru irəliləyir.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı NASA yayıb.  

 

7335 (1989 JA) adlı, diametri 1,8 km olan asteroid NASA tərəfindən "potensial təhlükəli" kimi təsnif edilib. Buna baxmayaraq, onun Yer üçün təhlükə yaratması ehtimalı azdır, çünki təxminən 4 milyon kilometr məsafədən keçəcək. Bu məsafə Yerlə Ay arasındakı orta məsafədən təxminən 10 dəfə çoxdur.

 

Məlumata görə, asteroid cümə günü saat 17:26-da Yerə yaxınlaşacaq. Bu anda asteroid Yerdən 0,026 astronomik vahid məsafədə olacaq və təxminən 50.000 km/saat  sürətlə hərəkət edəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi