Rusiyanın hücumları nəticəsində Mariupolda 22 min insan həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə şəhər merinin müşaviri Petr Andryuşşenko CNN-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, itkilərin real sayı daha çox ola bilər. Müşavir, həmçinin onu da bildirib ki, ölənlərin dəfni ilə bağlı ciddi problemlə üzləşiblər.
“Meyiti morqdan çıxarmaq üçün rusların tələbi ilə ölən şəxsin Ukrayna hərbçiləri tərəfindən öldürüldüyünə dair videoizahat verməlidir. Yalnız bundan sonra onlara yaxınlarının meyiti verilir” - şəhər meri qeyd edib.
Elmar Hüseynov