Modern.az

Rusiya MDB-nin pensiya sazişindən ÇIXIR

Rusiya MDB-nin pensiya sazişindən ÇIXIR

Dünya

25 May 2022, 13:48

Rusiyanın MDB ölkələri vətəndaşlarının pensiya hüququ haqqında sazişdən çıxması indiyədək təyin olunmuş pensiyaların ödənilməsinə təsir göstərməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya hökuməti özünün teleqram kanalında məlumat yayılıb.

 

Bildirilib ki, Rusiya MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin üzvü olan ölkələrin hər biri ilə yeni müqavilələr imzalayacaq. Beləliklə, Moskva sazişdən 2023-cü il yanvarın 1-dən çıxacaq.

 

Rusiya hökuməti sazişin ləğv edilməsi ilə ölkənin Pensiya Fondunun 2023-2025-ci illərdə 18 milyard rubla yaxın vəsaitə qənaət edəcəyini açıqlayıb.

 

Qeyd edək ki, MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin iştirakçıları Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Ermənistandır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi