Türkiyə İraqın şimalında terrorçulara artilleriya qurğuları ilə zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalında "Pəncə-Şimşək" bölgəsində aşkarlanan 3 PKK terrorçusu zərərsizləşdirilib.
"Terrorla mübarizəmiz qətiyyətlə davam edəcək", - deyə nazirlik qeyd edib.
Akif İsmayılov