Litva Ukraynaya 20 ədəd M113 zirehli döyüş maşını göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas məlumat verib.
O bildirib ki, Ukraynaya hərbi yük maşınları və minalardan təmizləmə maşınları tədarük ediləcək.
"Bizim və müttəfiqlərimizin koordinasiyalı köməyi Ukraynanın qələbəsi üçün çox vacibdir", - deyə müdafiə naziri qeyd edib.
Tədarük ediləcək maşınların ümumi dəyəri 15,5 milyon avrodur. Nazir əlavə edib ki, bundan əvvəl Litva Ukraynaya 100 milyon avro dəyərində hərbi yardım edib.
Akif İsmayılov