ABŞ-ın ticari xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 1 milyon barrel azalıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İdarəsi məlumat yayıb.
Ölkədəki xam neft ehtiyatlarının keçən həftə 1 milyon barel ( 0,2%) azalaraq 419 milyon 800 min barelə düşdüyü bildirilib. Ehtiyatların təxminən 690 min barel azalacağı gözlənilirdi.
Strateji xam neft ehtiyatları isə 6 milyon barel (1,1 faiz) azalaraq 532 milyon barelə düşüb. Həmin dövrdə ABŞ-ın benzin ehtiyatları 500 min barel (0,2 faiz) azalaraq 219 milyon 700 min barelə düşüb.
Akif İsmayılov