Modern.az

Rusiyanın müharibə itkiləri - ABŞ siyahı yaydı

Rusiyanın müharibə itkiləri - ABŞ siyahı yaydı

Dünya

26 May 2022, 22:19

Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri rus qoşunları daim hərbi texnikada ciddi itkilər verirlər.

 

Modern.az xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) mənbəyə istinadən məlumat yayıb.

 

Pentaqonun məlumatına görə, rus qoşunlarının itkiləri aşağıdakı kimidir: 

 

  • təxminən 1000 tank;
  • 350-dən çox artilleriya;
  •  təxminən 30 qırıcı-bombardmançı;
  •  təxminən 50 helikopter

 

 ABŞ hesab edir ki, kifayət qədər ciddi itkiləri nəzərə alsaq belə, Rusiya Federasiyası hələ də müharibəni davam etdirmək üçün kifayət qədər texniki imkanlara malikdir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular