Yaponiyada 7 uşaqda infeksiya mənbəyini müəyyən etmək mümkün olmayan “sirli” hepatit virusu aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyi (SƏHN) məlumat yayıb.
Bildirilib ki, karantinə alınan uşaqlarda başqa ölkələrdə ortaya çıxan “hepatit virusu”nun əlamətləri var. Uşaqların yaşadıqları yer, yaşları və simptom təfərrüatları paylaşılmayıb.
Son yoluxma halları nəticəsində Yaponiyada "sirli" hepatit yoluxmalarının sayı 31-ə yüksəlib. Bu ölkədə ilk yoluxma aprelin 25-də aşkarlanıb.
Qeyd edək ki, sarılıq, ishal, qusma, qarın ağrısı kimi əlamətləri olan xəstəlik 1 aydan 16 yaşa qədər uşaqlarda müşahidə edilir.