Modern.az

Ukraynada azyaşlı qurbanların sayı artır

Ukraynada azyaşlı qurbanların sayı artır

Dünya

28 May 2022, 10:39

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 242 uşaq ölüb, 440 uşaq yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

 

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

 

Qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi