Modern.az

Bazarda terror aktı: Ölənlər var

Bazarda terror aktı: Ölənlər var

Dünya

28 May 2022, 14:42

Yəmənin Ədən şəhəri yaxınlığındakı “Əş-Şeyx-Usman” bazarında terror aktı törədilib.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

 

Bildirilib ki, bazardakı mağazaların birində çəlləyin içinə yerləşdirilən bomba partlayıb. Partlayışın nəticəsində 1 uşaq olmaqla 5 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Polis və xüsusi xidmət orqanları araşdırma aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular