Modern.az

Rusiya daha bir şəhəri ələ keçirdi

Rusiya daha bir şəhəri ələ keçirdi

Dünya

28 May 2022, 15:25

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynadakı müharibə ilə bağlı yeni açıqlama verib.


Modern.az xəbər verir ki, Konaşenkov Rusiya ordusunun qondarma Donetsk Xalq Respublikası qüvvələri ilə birlikdə Krasnı Port şəhərini tamamilə nəzarətə götürdüyünü bildirib.

 

Nazirlik rəsmisi Ukrayna ordusunun Bahmut qəsəbəsindəki 30-cu Mexanikləşdirilmiş Briqadasının havadan atılan yüksək dəqiqlikli raketlərlə vurulduğunu deyib.

 

“Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 qırıcısı vurulub. Bundan əlavə, 5 müşahidə-komandir məntəqəsi, 17 hərbi hissə və texniki vasitələrin olduğu ərazi, Donetsk bölgəsindəki Mironovka, Bahmut və Nırkovo qəsəbələrində 4 silah-sursat anbarı məhv edilib", - deyə Konaşenkov vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi