Modern.az

İranda polislər atəşə tutuldu - Yaralılar var

İranda polislər atəşə tutuldu - Yaralılar var

Dünya

28 May 2022, 20:31

İranın paytaxtı Tehran şəhərində Şəhidlər və Qazilər Vəqfinin qarşısına toplaşan insanlara, eləcə də ərazidəki polislərə atəş açılıb.

Modern.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Hücum zamanı 4 polisin yaralandığı bildirilib. Tehranın baş prokuroru Əli Salihi hadisənin terror aktı olmadığını qeyd edib.

Salihi hücum edən şəxsin tutulduğunu vurğulayıb.

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular