Modern.az

İran yeraltı bazasını nümayiş etdirdi - FOTOLAR

İran yeraltı bazasını nümayiş etdirdi - FOTOLAR

Dünya

28 May 2022, 22:48

İran hərbi təyinatlı pilotsuz uçuş aparatları (PUA) üçün nəzərdə tutulan yeraltı bazasını nümayiş etdirib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

 

Bazanın dəqiq yeri açıqlanmayıb, onun Zaqros dağlarında yerləşdiyi bildirilib.

 

Dövlət televiziyası yeraltı bazada 100 PUA olduğunu qeyd edib. Bazada, həmçinin İran istehsalı olan "Qaem-9" raketləri ilə təchiz edilən müasir "Əbabil-5" uçuş aparatları yerləşdirilib.

 

Televiziya görüntülərində yerin bir neçə yüz metr altında olduğu bildirilən tuneldə raketlərlə təchiz edilmiş PUA-lar əks olunub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi