Modern.az

ABŞ Ukraynaya bu raket sistemlərini göndərəcək

ABŞ Ukraynaya bu raket sistemlərini göndərəcək

Dünya

28 May 2022, 22:59

Bayden administrasiyası Ukraynaya yaylım atəşli raket sistemləri göndərməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti rəsmi mənbələrə istinadən yazıb.

 

Qəzetin mənbələrinin verdiyi məlumata görə, ABŞ Ukraynaya "M31 GMLRS" raket qurğuları göndərə bilər. Bildirilib ki, raketlərin tədarükü gələn həftə elan olunacaq.

 

"M31 GMLRS"nin atəş məsafəsi, döyüş sursatından asılı olaraq, 70 ilə 500 km arasındadır, sistem peyklə idarə olunan raketlə də təchiz oluna bilər.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi