Ukrayna Danimarkadan "Harpoon" gəmi əleyhinə raketlərini almağa başlayıb.
Modern.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, “Harpoon” raketləri ölkə sahillərinin müdafiəsində “Neptun” raketləri ilə yanaşı istifadə olunacaq.
Reznikov bildirib ki, Ukrayna bir sıra ağır artilleriya sistemləri, o cümlədən uzaq məsafələrdən hədəfləri vurmağa imkan verəcək ABŞ istehsalı M109 özüyeriyən artilleriya qurğuları da alıb.
O qeyd edib ki, bu silahlar Rusiyanın işğalına qarşı mübarizə aparan qüvvələri gücləndirəcək.
Nazir, həmçinin xatırladıb ki, ukraynalı hərbçilər artıq cəbhə xəttində üç növ 155 mm-lik artilleriyadan - M777 haubitsası, FH70 haubitsası və SEZAR özüyeriyən qurğularından istifadə edirlər.
Akif İsmayılov