Almaniya tezliklə Ukraynanı "PzH 2000" adlı özüyeriyən artilleriya qurğuları ilə təmin edəcək.
Modern.az xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri Robert Habek "Welt am Sonntag"a müsahibəsində bildirib.
O qeyd edib ki, Almaniyanın Ukraynaya heç bir silah göndərməməsi barədə fikirlər doğru deyil.
"Berlin Ukraynanın bütün istəklərini yerinə yetirə bilməz”, - deyə Habek bildirib.
Bundan əvvəl Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Berlin hökumətini silah tədarükünü gecikdirməkdə ittiham etmişdi.
Akif İsmayılov