Modern.az

Blinkendən Çinə uyğurlarla bağlı ÇAĞIRIŞ

Blinkendən Çinə uyğurlarla bağlı ÇAĞIRIŞ

Dünya

29 May 2022, 20:57

ABŞ dövlət katibi Entoni Blinken Çində insan haqlarının vəziyyəti ilə bağlı narahatlığını bildirib. 

 

Modern.az xəbər verir, o, Çin hakimiyyətini Sincan əyalətində uyğurların soyqırımını dayandırmağa çağırıb.

 

Blinken deyib ki, Çin BMT-nin İnsan Haqları üzrə komissarı Mişel Baçeletin bölgədəki vəziyyətlə bağlı müstəqil qiymətləndirmə aparmasına mane olub.

 

Onun sözlərinə görə, ABŞ Sincanda 1 milyondan çox sakinin saxlanılması ilə bağlı məlumatdan dərin narahatdır.

 

Məhbusların yaxınları işgəncə, cinsi zorakılıq, məcburi sterilizasiya, o cümlədən məcburi əmək və uşaqların valideynlərindən ayrılması halları barədə məlumat veriblər.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi