Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrel və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Borrel özünün "Twitter" hesabında məlumat yayıb.
Tərəflər 30-31 may tarixlərində keçiriləcək Avropa İttifaqı sammitindən əvvəl Kiyevə silah tədarükü, Ukraynadan taxıl ixracı və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər.
Aİ rəsmisi bildirib ki, Rusiyanın təcavüzünün qlobal ərzaq təhlükəsizliyi üçün nəticələri haqqında fikir mübadiləsi aparılıb.
Akif İsmayılov