Türkiyə ordusu Suriyanın şimalında hücuma hazırlaşan terrorçulara zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Zeytin budağı" və "Barış pınarı" adlanan əməliyyat bölgələrində ümumilikdə 15 terrorçu zərərsizləşdirilib.
“Türkiyə Silahlı Qüvvələri terrorla mücadiləsini davam etdirir”, - deyə nazirlikdən bildirilib.