Modern.az

Serbiya Rusiyadan sərfəli qiymətə qaz alacaq

Serbiya Rusiyadan sərfəli qiymətə qaz alacaq

29 May 2022, 22:40

Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

 

Vuçiç bildirib ki, Rusiyadan sərfəli qiymətə qaz alınacaq.

 

"Şərtlər yerinə yetirilərsə, tezliklə Rusiya ilə 3 il müddətinə müqavilə imzalayacağıq", - deyə o bildirib.

 

Vuçiç telefon danışığı zamanı Serbiyada qaz anbarlarının yaradılmasını da müzakirə etdiklərini qeyd edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi