Modern.az

Meymunçiçəyinə qarşı vaksinasiya başladı

Meymunçiçəyinə qarşı vaksinasiya başladı

Dünya

29 May 2022, 23:38

Fransa meymunçiçəyinə yoluxan insanları vaksin etməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri yazıb.

 

Bildirilib ki, mayın 27-də artıq iki nəfərə vaksin vurulub. Fransanın Ali Səhiyyə Təşkilatı risk altında olan insanlara peyvənd olunmağı tövsiyə edib. İlk peyvənd edilən şəxs Parisdə yaşayan 30 yaşlı kişi olub.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyini ictimai təhlükə yaradan infeksiya hesab etmir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular