Rusiya Prezidenti Vladimir Putinin səhhətinin pis olması ilə bağlı iddialar yayılıb.
Modern.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın "TF1" televiziya kanalına müsahibəsində məlumatı təkzib edib.
O bildirib ki, Putin hər gün ictimaiyyət qarşısına çıxır.
"Siz onu ekranlarda izləyə, çıxışlarını oxuya və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan adamlar bu insanda hansısa xəstəlik və ya onun əlamətlərini görə bilsinlər. Bunlar şayiədir”, - deyə Lavrov bildirib.