Fransa xarici işlər naziri Ketrin Kolonna ilk işgüzar səfərini Kiyevə edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir səfər çərçivəsində ukraynalı həmkarı Dmitri Kuleba və Prezident Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.
"Bu səfərlə nazir Fransanın Ukrayna xalqı ilə həmrəyliyini, həm humanitar, həm maliyyə planlarında, həm də müdafiə avadanlığının tədarükündə Ukraynaya dəstəyi gücləndirməkdə tam qətiyyətini nümayiş etdirmək istəyir”, - Fransa Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda deyilir.
Qeyd olunub ki, Kolonna Buça şəhərinə də səfər edəcək və Parisin göndərdiyi mülki təhlükəsizlik texnikasını (yanğınsöndürən maşınlar və təcili yardım maşınları) Ukrayna rəsmilərinə təhvil verəcək.