Modern.az

Kiyevə reaktiv sistemlər göndərilməsi müzakirə edilir

Kiyevə reaktiv sistemlər göndərilməsi müzakirə edilir

Dünya

30 May 2022, 23:32

ABŞ hakimiyyəti Ukraynaya yaylım atəşli reaktiv sistemlər göndərilməsini müzakirə edir.

 

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post" nəşri rəsmilərə istinadən məlumat yayıb.

 

Göndəriləcək sistemlərin uzaq mənzilli raketlər olmayacağı bildirilir. Hələlik yekun qərar verilməyib.

 

"Raket sistemləri nəzərdən keçirilir, lakin uzun mənzilli zərbə imkanları ilə bağlı heç bir şey müzakirə edilmir", - deyə mənbə qeyd edib.

 

Bu gün, mayın 30-da ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton Ukraynanı Rusiyanı vura biləcək raketlərlə təmin etməyəcək.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza