Rusiyanın internet kanallarından biri gənclər arasında “Vətənpərvərsiniz?” adlı sorğu keçirib.
Modern.az xəbər verir ki, sorğuda iştirak edən respondentlərin hamısı vətənpərvər olduqlarını deyib, Rusiya üçün döyüşə, hətta ölümə də getməyə hazır olduqlarını bildirib.
Daha sonra jurnalist onlara səfərbərlik üçün qeydiyyata alınmağı təklif edib.
Respondentlər birmənalı şəkildə bundan imtina edərək, səfərbərliyə hazır olmadıqlarını söyləyiblər. “Vətənpərvər” rus gənclərdən bəziləri səfərbərlik adını eşidən kimi oradan uzaqlaşıblar.
Sosial mediada müzakirələrə səbəb olan sorğunun görüntülərini təqdim edirik:
Elmar Hüseynov