Modern.az

Xersonda rubl dövriyyəyə buraxıldı

Xersonda rubl dövriyyəyə buraxıldı

Dünya

31 May 2022, 14:50

Rusiyanın ələ keçirdiyi Ukraynanın Xerson vilayətində rubl tam dövriyyəyə buraxılıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov məlumat verib.

 

Mer qeyd edib ki, mayın 30-dan etibarən vilayət ərazisində bütün mağazalarda rubl və qrivna ilə alış-veriş etmək tələb olunur. 

 

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyat zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Vilayət mayın 28-i Moskva vaxtına keçib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi