Ankara məhbus mübadiləsi prosesinin təşkilində Moskva və Kiyevə kömək etməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu" agentliyinə müsahibəsində bildirib.
M.Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələni tərəflərin diqqətinə çatdırdığını xatırladıb:
"Tərəflər məsələ ilə bağlı bir addım atsalar, bu, qarşılıqlı etimadın artmasında böyük sıçrayışa səbəb olacaq. Türkiyə bu məsələdə tərəflərə kömək etməyə çalışır. Dünən Prezident Ərdoğan da tərəflərin diqqətinə çatdırıb ki, lazım gələrsə, dəstək verməyə hazırıq”.