Modern.az

Almaniyadan Afina vasitəsilə Kiyevə hərbi DƏSTƏK

Almaniyadan Afina vasitəsilə Kiyevə hərbi DƏSTƏK

31 May 2022, 18:52

Almaniya Yunanıstana piyadaların döyüş maşınlarını tədarük edəcək. Buna görə Afina hökuməti Sovet dövründən qalma silahlarını Ukraynaya verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Avropa İttifaqının Brüsseldə keçirilən iki günlük sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib.

 

O, bu məsələ ilə əlaqədar Yunanıstanın Baş naziri ilə razılığa gəldiyini deyib.

 

Şolts Berlinin Yunanıstana hansı növ piyada döyüş maşınlarını verəcəyi, Afinanın Kiyevə hansı silahları göndərəcəyi ilə bağlı heç bir məlumat verməyib.

 

"Müdafiə nazirlikləri təfərrüatları işləyəcək və bu razılaşmanı tez bir zamanda həyata keçirəcək", - deyə Almaniya kansleri qeyd edib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi