Modern.az

Vahid Ələkbərovun səlahiyyətlərinə xitam verildi - YENİ TƏYİNAT

Vahid Ələkbərovun səlahiyyətlərinə xitam verildi - YENİ TƏYİNAT

31 May 2022, 19:08

Rusiyanın “Lukoyl” şirkətinə yeni prezident təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, şirkətin səhmdarları növbədənkənar iclasda şirkətin prezidenti Vahid Ələkbərovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verib və bu vəzifəyə Vadim Vorobyovu təyin edib.

 

Xatırladaq ki, azərbaycanlı biznesmen Vahid Ələkbərov aprelin 21-də prezident vəzifəsindən vaxtından əvvəl istefa verib.

 

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi