Modern.az

Ukraynada təhlükə - Azot tankeri partladıldı

Ukraynada təhlükə - Azot tankeri partladıldı

31 May 2022, 21:12

Rusiya Ukraynanın Sievierodonetsk şəhərində içərisində azot turşusu olan tankeri vurub.

 

Modern.az xəbər verir, bu barədə vilayət rəhbəri Sergey Qaydai özünün teleqram kanalında məlumat yayıb.

 

Tankerin hərbi təyyarələr tərəfindən vurulduğu bildirilir.

 

Sergey Qaydai kimyəvi turşu tankerindən çıxan zəhərli tüstülərin yaratdığı risk səbəbindən yerli sakinləri bomba sığınacaqlarını tərk etməməyə çağırıb.

 

Qaydai yaşayış binalarının üzərində böyük çəhrayı buludun göründüyü fotoşəkil paylaşıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi