Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu pakistanlı həmkarı Bhutto Zərdari ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün "Twitter" hesabında məlumat yayıb.
Görüş Ankarada baş tutub. Nazirlər Pakistan baş naziri Şahbaz Şərifin Türkiyəyə səfərinə hazırlıq işlərini müzakirə ediblər.
"Diplomatik münasibətlərimizin 75-ci ildönümündə dost və qardaş Pakistanla əməkdaşlığımızı inkişaf etdirəcəyik”, - Çavuşoğlu bildirib.