Modern.az

Rusiyadan üçüncü ölkələrə neft tədarükünə qadağa qoyulacaq

Rusiyadan üçüncü ölkələrə neft tədarükünə qadağa qoyulacaq

31 May 2022, 23:43

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar ətrafında müzakirələr aparır.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski məlumat verib.

 

Onun sözlərinə görə, Polşa və bir sıra digər ölkələr artıq Rusiyadan üçüncü ölkələrə neft tədarükünə qadağa qoyulmasını müzakirə edirlər.

 

2021-ci ildə Rusiya neftinin əsas alıcıları Çin, Niderland, Almaniya, Belarus, Koreya və Polşa olub.

 

Qeyd edək ki, Aİ sanksiyalarının 6-cı paketinə Rusiyanın enerji idxalına qismən embarqo qoyulması daxildir, lakin sanksiya rəsmi şəkildə təsdiqlənməyib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi