Modern.az

Yunanlar Ukraynaya hərbi texnikalar göndərəcək

Yunanlar Ukraynaya hərbi texnikalar göndərəcək

31 May 2022, 23:59

Yunanıstan Almaniyadan “Marder” zirehli maşınları alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Afina bunun müqabilində Ukraynaya Şərqi Almaniyada istehsalı edilən BMP-1 piyada döyüş maşınlarını göndərəcək.

 

Məlumata görə, razılıq bu gün Yunanıstan Baş naziri Kiriakos Mitsotakislə Almaniya kansleri Olaf Şolts arasında keçirilən görüşdə əldə olunub.

 

Müxtəlif mənbələrə görə, 1990-cı illərdə Yunanıstan Almaniyadan keçmiş hökumətin miras qoyduğu 500-ə yaxın BMP-1-i güzəştli qiymətlə alıb. Daha sonra sovet BMP-1-ləri təkmilləşdirilərək NATO standartlarına uyğunlaşdırılıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi