Modern.az

Putin çoxuşaqlı ailələrə yeni ödənişlər TƏKLİF ETDİ

Putin çoxuşaqlı ailələrə yeni ödənişlər TƏKLİF ETDİ

1 İyun 2022, 16:28

Rusiya prezidenti Vladimir Putin çoxuşaqlı ailələrə və qəhrəman analara yeni ödənişlər təyin etmək təklifilə çıxış edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin çoxuşaqlı ailələrə verilən medal üçün 200 min rubl, “Valideyn şöhrəti” ordeni üçün isə 500 min rubl ödəniş təklif edib.

Prezident "Qəhrəman ana"lara verilən medal üçün 1 milyon rubl birdəfəlik ödəniş edilməsi təklifini də səsələndirib.
 

Prezidentin qeyd etdiyi “Valideyn şöhrəti” ordeni hər il ölkənin müxtəlif bölgələrindən yeddi və daha çox uşaq böyüdən ailələrə verilir.

"Qəhrəman ana" adı 10 və daha çox uşaq böyüdən qadınlara verilir.

Putin hökumətə çoxuşaqlı ataların vaxtından əvvəl təqaüdə çıxması ilə bağlı təklif hazırlamağı tapşıracağını da vəd edib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi