Modern.az

Türkiyə və Pakistan arasında 7 saziş İMZALANDI

Türkiyə və Pakistan arasında 7 saziş İMZALANDI

Dünya

1 İyun 2022, 22:28

"Bu il Pakistanla diplomatik münasibətlərimizin 75 illiyi tamam olur. Türkiyə-Pakistan əlaqələrini daha da gücləndirməyi planlaşdırırıq".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərif ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Ərdoğan bildirib ki, görüş zamanı ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

 

"Biz Pakistanla müdafiə sənayesi sahəsində son zamanlar inkişaf edən əməkdaşlıqdan məmnunuq. Pakistanla ticarət hədəfimiz illik altı milyard dollardır", - deyə Türkiyə lideri söyləyib.

 

O, Türkiyə ilə Pakistan arasında yeddi əməkdaşlıq müqaviləsinin imzalandığını vurğulayıb.

 

"Biz Əfqanıstandakı humanitar böhranı aradan qaldırmaq üçün birlikdə hərəkət edirik. Bu günə kimi 4 min tondan çox humanitar yardım daşıyan dörd “Xeyirxahlıq qatarı”nı bu ölkəyə göndərmişik”, - deyə Ərdoğan çıxışında qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi