Modern.az

İsraildə Fələstin bayrağına qadağa qoyuldu

İsraildə Fələstin bayrağına qadağa qoyuldu

2 İyun 2022, 10:34

İsrail parlamenti ölkə ərazisində Fələstin bayrağının dalğalandırılması qadağan edən qanun layihəsi hazırlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail hökuməti universitetlər də daxil olmaqla dövlət tərəfindən dəstəklənən və maliyyələşdirilən qurumlarda Fələstin bayrağının nümayiş olunmasını qadağan edən qanun layihəsini ilk oxunuşda qəbul edib.

Səsvermədən sonra çıxış edən sabiq baş nazir Binyamin Netanyahu bu qərarın İsrailin gələcəyi üçün vacib olduğunu vurğulayıb.

Qanun layihəsinin ilk oxunuşda 63 deputat lehinə, 16 deputat isə əleyhinə səs verib. Sözügedən qanun qüvvəyə minməsi üçün 3 oxunuşdan keçməlidir.

Elmar Hüseynov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi