Modern.az

İranda ilk dəfə koronavirusdan ölən olmadı

İranda ilk dəfə koronavirusdan ölən olmadı

2 İyun 2022, 15:22

İranda COVID-19 epidemiyasının başlanmasından bəri ilk dəfədir ki, gündəlik tələfat qeydə alınmayıb.

 

Modern.az İran Səhiyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, son 24 saat ərzində 175 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb, ümumi yoluxma sayı 7 milyon 232 min 443 nəfərə çatıb.

 

Bildirilib ki, xəstəxanaların reanimasiya şöbələrində 494 nəfər müalicə olunur. Həmmçinin, son sutkada COVID-19-dan ölüm halı qeydə alınmayıb.

 

Ölkədə COVID-19-dan ilk ölüm hallarının qeydə alındığı 2020-ci il fevralın 19-dan indiyədək 141 318 nəfər virusdan dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi