ABŞ-ın neft anbarlarının həcmi analitiklərin proqnozlaşdırdığından daha sürətlə azalır.
Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Bildirilir ki, son bir həftə ərzində ticarət üçün mövcud neft ehtiyatları 5,1 milyon barel azalaraq 414,7 milyon barrelə düşüb.
Analitiklər ehtiyatların təxminən 0,5 milyon barel azaldığını güman edirlər.
Digər tərəfdən, ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkənin strateji neft ehtiyatları keçən həftə 526,6 milyon barrelə düşüb. Bu, 1987-ci ilin iyunundan bəri ən aşağı göstəricidir.
Akif İsmayılov