Modern.az

Yəməndə atəşkəs 2 ay uzadıldı

Yəməndə atəşkəs 2 ay uzadıldı

2 İyun 2022, 23:29

Yəməndəki münaqişə tərəfləri atəşkəsin daha iki ay uzadılması barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib.

 

“Bildirmək istəyirəm ki, Yəmən münaqişəsinin tərəfləri atəşkəsin uzadılmasına dair BMT-nin təklifi ilə razılaşıblar. Qərar 2022-ci il iyunun 2-də, saat 19:00-da mövcud atəşkəs başa çatdıqdan sonra qüvvəyə minir”, - məlumatda bildirilir.

 

Qrundberq qeyd edib ki, atəşkəs ilkin razılaşma ilə eyni şərtlərlə uzadılır.

 

Bundan əlavə, BMT-nin xüsusi nümayəndəsi bildirib ki, son iki ayda atəşkəs nəticəsində mülki əhali arasında itkilərin sayı əhəmiyyətli dərəcədə azalıb, Hudeyda limanına yanacaq tədarükü artıb və Səna hava limanından kommersiya uçuşları bərpa edilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi